Argentina komandasının baş məşqçisi Lionel Skaloni futbolçuların klublarda oyun təcrübəsi haqqında danışıb.
Sportinfo.az ESPN-ə istinadən xəbər verir ki, baş məşqçi, millinin kapitanı Lionel Messi ilə bağlı da fikirlərini bildirib:
“Bizə lazım olan futbolçuların oynamağıdır, yalnız o zaman onların hər birinin səviyyəsini müəyyən edə bilərik. Məsələ Messiyə gəldikdə isə, hər şey tamamilə fərqlidir.
O, həmişə oynayır, hətta istirahət etməsi lazım olanda belə. Leo üçün il, çox oyun keçirdiyi, demək olar ki, həmişə hazır olduğu bir ildir.
Onun yüz faiz hazır olması və heç bir probleminin olmaması çətindir, amma bu, normaldır”.
Messi hazırda “İnter Mayami”də çıxış edir. Argentinalı futbolçunun MLS klubu ilə müqaviləsi 2025-ci ilin sonuna qədərdir.