Azərbaycanın futzal millisi yanvarın 26-da toplanışa başlayacaq.
Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında yığmanın baş məşqçisi Vitali Borisov deyib.
Mütəxəssis AVRO-2026-nın əsas mərhələsinin növbəti oyunları ərəfəsində heyətdə dəyişikliklər nəzərdə tutulub-tutulmadığı barədə sualı da cavablandırıb:
“Yanvarın 26-da hazırlığa başlamağı planlaşdırırıq. Hələ ki, heyətdə heç bir dəyişiklik nəzərdə tutmamışam.
Çünki Azərbaycan Kubokunun oyunları olacaq. Toplanışa qədər kimin zədəli, kimin hazır olub-olmadığına baxacağıq”.
AVRO-2026-nın əsas mərhələsinin ilk görüşündə İsveçlə heç-heçə (3:3) edən Azərbaycan millisi qrupdakı növbəti iki oyunu yanvarın 31-də səfərdə Xorvatiyaya və fevralın 4-də Bakıda Yunanıstana qarşı keçirəcək.