Baş məşqçi ilə qəbir evinə getməyəcək sirr – Onu kimlər “vurur”?

1 Aprel 11:40 Dünya futbolu 769
Baş məşqçi ilə qəbir evinə getməyəcək sirr – Onu kimlər “vurur”?

Bir qrup «Kəpəz» fanatı Tovuzda səs-küy qopardı.

«Səbail»lə oyundan sonra.

Final fiti çalınan kimi etiraz bildirdilər - həm futbolçulara, həm baş məşqçiyə.

1:1-in «zopa»sı ən çox Azər Bağırova dəydi. İki-üç gündür sosial şəbəkələrdə onun əleyhinə durmadan statuslar, rəylər yazılır.

Bu adamların sayı çox deyil. Bir neçə nəfərdirlər, amma ürək bulandırırlar.

Bunlar dünəni unudan şəxslərdir. Azər Bağırovun hansı şərtlər daxilində komandanın sükanı arxasına keçməsini onlar yaddan çıxara bilər, tarix isə yox.

Adil Şükürovun «0» xala təhvil verdiyi, ayağı top tutmayan legionerlərlə doldurduğu «Kəpəz»ə Premyer Liqanı tərk edəcək bir nömrəli namizəd gözüylə baxılırdı,

Bağırov gəldi, onu axrıncı pillədən 1 pillə də olsa,yuxarı qaldırdı. Son səkkiz tur ərəfəsində «Səbail»i 5 xal qabaqlayan «Kəpəz»in indi nə pula ehtiyacı var, nə hakimlərin köməyinə.

Şükür, kluba yeni sponsor gəlib, onların da pul-parasını balta kəsmir. Bu dəm komandaya yalnız və yalnız azarkeşin dəstəyi, xoş sözü lazımdır, başqa heç nə.

Bilirik, Gəncənin futbol camiəsinin mütləq əksəriyyəti hal-hazırkı durumu olduğu kimi qəbul edir və komandanın yanındadır. İndi gərək bu qrupa səssiz qalmasınlar, etiraz bildirsinlər.

Qışqır-bağırla yox amma. Bundan sonrakı oyunlara daha aktiv şəkildə gəlsinlər, dəstəklərini futbolçulardan əsirgəməsinlər.

Azər Bağırova və qeyrisinə görə deyil, bir tək Premyer Liqadan Gəncənin nəfəsinin gəlməsi üçün.

Hələlik bu şəhərin Azər Bağırova, İlqar Nadiriyə bir vəfa, bir «sağ ol» borcu var. O borcun adı minnətdarlıqdır.

Ən çətin günlərdə yollarını birləşdirib, əməllərini birləşdirib «Kəpəz»in yıxılmasına imkan verməyən, bu yolda varlarından, imkalarından keçən insanlardır onlar.

Qiymətini, qədrini bilin.

Azər Bağırov «komandanın içində elə şeylər olur ki, bunları heç vaxt açıqlamayacam, mənimlə qəbir evinə gedəcək» söyləyib. Nə mənaya gəlir bu, biləniniz var?

Baş məşqçi birilərinin komanda daxilində ona qarşı çirkin əməllər törətdiyini demək istəyir.

Kimliyi Bağırova məlumdur. Elə bizə də.

Siz də bilmək istəyirsiz?

Təəssüf, tribunada aranı qatan həmin şəxslər «Kəpəz»in formasını geyinən bəzi futbolçuların yaxın qohum-əqrabasıdır.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti