
Albaniya Super Liqasında 32-ci turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, bu gün Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" səfərdə "Bilis"in qonağı olub.
Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Zamiq Əliyev də bu görüşün iştirakçısı olub. 22 yaşlı mərkəz müdafiəçisi matça start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıb.
Zamiq 66-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Xallarını 58-ə yüksəldən "Eqnatiya" liderliyini davam etdirir.