Braziliya millisinin və “Real”ın sabiq müdafiəçisi Marselo karyerasını bitirib.
Sportinfo.azxəbər verir ki, bu barədə sol cinah oyunçusu özü sosial şəbəkə hesabında paylaşım edib.
O, 36 yaşında futbolla vidalaşdığını elan edib.
Marselo “Real”dakı çıxışı ilə tanınıb. O, 2007-2022-ci illər aralığında Madrid klubunun formasını geyinib.