COP29

“Neftçi”dən SÜRPRİZ sövdələşmə - SON DƏQİQƏ

11:20 Dünya futbolu 721
“Neftçi”dən SÜRPRİZ sövdələşmə - SON DƏQİQƏ

Bu gün saat 14:00-da “Neftçi” Futbol Mərkəzində “Neftçi” PFK ilə yeni sponsor arasında əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçiriləcək.

İmzalanma mərasimi “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Lakin növbəti portnyor haqda bilgi verilməyib.

Saytımız hələlik gizli saxlanılan tərəfdaş barədə müəyyən bilgilər əldə edib.

Redaksiyamıza daxil olan informasiyaya görə, paytaxt təmsilçisinin yeni portnyoru bank sektorunu təmsil edir.

VTB “Neftçi” ilə çalışmağa razılıq verib. Tərəflər arasında anlaşmaya əsasən, sözügedən bank kluba bir neçə il maliyyə vəsaiti ayıracaq.

“Neftçi” isə bunun qarşılığında stadionun adını satıb. “Neftçi Arena” indən belə “VTB Arena” adlanacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti