“Ayaks”, “Barselona”, “Milan” və Niderland millisinin sabiq futbolçusu Patrik Klyuvert İndoneziya millisinə baş məşqçi təyin edilib.
Sportinfo.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano X sosial şəbəkə səhifəsində məlumat verib.
Mənbənin sözlərinə görə, tərəflər arasında müqavilə daha 24 ay uzadılması imkanı ilə iki il müddətinə nəzərdə tutulub.
Yanvarın 12-də mütəxəssisin rəsmi təqdimat mərasiminin keçiriləcəyi bildirilir.
Klyuvertin son iş yeri Türkiyənin “Adana Dəmirspor” klubu olub. Əvvəllər o, iki il Kyurakao millisini çalışdırıb.