COP29

"Şübhəsiz, keçən mövsümdəki məğlubiyyətin qisasını almağa çalışacaq

28 Sentyabr 15:20 Dünya futbolu 358
"Şübhəsiz, keçən mövsümdəki məğlubiyyətin qisasını almağa çalışacaq

“Real”ın sabiq futbolçusu Quti İspaniya çempionatının 8-ci turunda “Atletiko” ilə qarşıdakı oyunla bağlı gözləntilərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı keçmiş futbolçu, Madrid derbisinin həmişə unikal olduğunu bildirib:

“Madrid derbisi həmişə unikaldır. Futbolçular bu oyundan əvvəl həyəcanlanırlar və meydanda mümkün qədər yaxşı çıxış etmək istəyirlər.

“Real” sürət qazanmağa başlayıb. “Atletiko” şübhəsiz ki, keçən mövsümdəki məğlubiyyətin qisasını almağa çalışacaq”.

Madrid derbisi sentyabrın 29-da “Atletiko”nun stadionunda keçiriləcək. Meydan sahibləri 7 turdan sonra turnir cədvəlində 3-cü, “Real” isə 2-ci yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti