COP29

SON DƏQİQƏ: “Sabah” yayın səs-küylü transferini gerçəkləşdirir

20 İyun 13:00 Dünya futbolu 8 318
SON DƏQİQƏ: “Sabah” yayın səs-küylü transferini gerçəkləşdirir

Konfrans Liqasında mübarizəyə hazırlaşan “Sabah” heyətini gücləndirmək yolunda çalışmalarını davam etdirir.

Fasilə dönəminin bu günə qədərki ən səs-küylü transferi Coy-Lens Mikelsin Azərbaycana dönüşü olacaq.

Ötən ilin avqustunda “Sabah”dan ayrılan Almaniya vətəndaşlığını daşıyan vingerlə danışıqlar son mərhələyə çatıb. Hücumçu keçmiş komandasına qayıtmağa razılıq verib.

Kiçik detalların həlli qalıb ki, onlar da yoluna qoyulan kimi Mikels Bakıya gəlib müqaviləyə qol çəkəcək.

30 yaşlı futbolçu ötən il Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Faysal”la 3 illik müqavilə bağlasa da, Asiya ölkəsində xoşbəxtlik tapa bilməyib.

Coy-Lens Mikels 2021-2023-cü illər aralığında “Sabah”ın heyətində bütün yarışlarda meydana çıxdığı 69 oyunda vurduğu 33 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?