COP29

“Zirə” meydanda görəcək - "Srvena Zvezda"nın yetirməsi olan müdafiəçini

2 İyul 09:00 Dünya futbolu 650
“Zirə” meydanda görəcək - "Srvena Zvezda"nın yetirməsi olan müdafiəçini

Avropa Liqasının I təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Şerif" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Moldova klubu "Rabotniçki"dən Stefan Despotovskini transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı sağ cinah müdafiəçisi ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Stefan Despotovski "Srvena Zvezda"nın yetirməsidir. Şimali Makedoniya U-21 millisinin üzvü 2023-cü ilin yanvar ayından "Rabotniçki"də çıxış edirdi.

Gənc oyunçu ötən mövsüm komandanın heyətində meydana çıxdığı 40 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

"Zirə” və “Şerif” arasındakı matçlar iyulun 11-i və 18-də baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO