COP29

Komanda yoldaşı atasından 3 yaş böyükdür, amma o... FOTOLAR

11 İyul 07:00 Dünya futbolu 420
Komanda yoldaşı atasından 3 yaş böyükdür, amma o... FOTOLAR

AÇ-2024-ün yarımfinalında Fransaya qalib gələn İspaniya yığmasının heyətindəki iki futbolçunun arasındakı yaş fərqi də müzakirələrə səbəb olub.

Finala vəsiqə qazanan prineylilərin üzvləri 38 yaşlı Xesus Navasla komandanın liderlərindən sayılan və fransızlarla matçda mükəmməl qola imza atan 16 yaşlı Lamin Yamal arasındakı yaş fərqi maraqla qarşılanıb.

Uzun illərdir ki, komandanın heyətində olan Navas AÇ-nin ən yaşlı futbolçularından biri, İspaniya yığmasının isə ən yaşlısıdır.

Dani Karvahalın cəzalı duruma düşməsindən sonra komandanın baş məşqçisi Luis de la Fuente ötən gün ona start heyətində şans vermişdi.

Maraqlı fakt isə ondan ibarətdir ki, təcrübəli oyunçu ilə birlikdə meydana çıxan və matçın qəhrəmanlarından olan Lamin Yamalın atası Munir Nasraui Navasdan 3 yaş kiçikdir. Nasraui 35 yaşındadır. O, əslən Mərakeşdəndir. Sonradan İspaniyaya köçüb və burada özü kimi Afrikanın başqa bir ölkəsindən - Ekvatorial Qvineyadan gələn Şeila Ebana ilə evlənir. Onların 2007-ci ildə övladları dünyaya gəlir. Futbola böyük həvəsi olan Nasraui oğlunu “Barselona”nın futbol məktəbinə - “La Masia”ya aparır. Burada futbola başlayan Yamal hələ uşaq akademiyasında adından söz etdirə bilir.

Yamalın atasının komanda yoldaşı Xesus Navasdan kiçik olması faktı hazırda dünya mediasının gündəmini zəbt edib. Həmçinin qeyd olunur ki, Xesus Navas 2010-cu ildə dünya çempionu olanda Lamalın hələ 3 yaşı var idi.

Daha bir diqqətçəkən məqam isə budur ki, Lamin Yamal Avropa çempionatı matçlarına çıxarkən həm də dərsləri ilə məşğul olub. O, qitə birinciliyində mübarizə apararkən buraxılış imtahanları verib. Yamal elə AÇ-də etdiyi yüksək səviyyəli çıxışı imtahanlarda da göstərə bilib.

Vunderkind bununla bağlı açıqlama da verib: “Məşqdən yenicə çıxmışdım və dedilər ki, imtahandan əla nəticə ilə keçmisən. İndi ESO sertifikatım var. Düzünü desəm, telefonumda nəticələri görən kimi anama zəng elədim və ona şad xəbəri verdim”.

Lamal Avropa çempionatları tarixinə qol vuran ən gənc futbolçu kimi düşdü. O, buna 16 yaş 362 günlüyündə nail oldu. Həmçinin ispanların lideri futbol üzrə milli komandalar səviyyəsində keçirilən bütün beynəlxalq yarışlarda qol vuran ən gənc oyunçudur və bu rekordla əfsanəvi Peleni qabaqlaya bildi. 16 yaşlı vunderkind tarix yazmağa davam edir...

Digər Xəbərlər
Xəbər Lenti
2 Avqust 16:10 Çək və bizə göndər!
2 Avqust 11:00 Bala-bala böyüyün!
2 Avqust 08:20 3 illik yeni müqavilə