.jpg)
İnanıram ki, birgə səylər nəticəsində hədəflərə çatacağıq.
Sportinfo.az xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövşən Nəcəf deyib.
O, Gəncə şəhər stadionu və "İmarət" stadionunda görülən işlərlə bağlı danışıb.
R. Nəcəf daha sonra AFFA-nın İnkişaf Strategiyası haqqında fikirlərini bölüşüb:
"İnanıram ki, birgə səylər nəticəsində hədəflərə çatacağıq. Azərbaycan yalnız qələbələrə layiqdir.
Premyer Liqada komanda sayının artırılması da önəmli addımdır. Beləliklə, futbolun kütləviliyi artacaq".