COP29

"Qarabağ" panamalı hücumçunu transfer siyahısına daxil etdi

14 Avqust 07:30 Dünya futbolu 5 657
"Qarabağ" panamalı hücumçunu transfer siyahısına daxil etdi

"Qarabağ" heyətinə yeni hücumçu cəlb etməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, Azərbaycan çempionunun maraq dairəsində olan oyunçulardan biri Eduardo Querrerodur.

Ağdam klubu panamalı oyunçunu bir müddətdir ki, izləyir.

24 yaşlı forvardın "Qarabağ"a keçidinin baş tutub-tutmaması hələ ki, dəqiq deyil. Amma ölkə çempionu onu yaxından izləyir.

Querrero hazırda "Zarya"nın (Luqansk) futbolçusudur. O, 2027-ci il iyunun 30-na qədər Luqansk təmsilçisinə məxsusdur.

Panamalı hücumçu karyerası ərzində "Makkabi"(Tel-Əviv), “Beytar” komandalarında oynayıb və 2023-cü ildə Ukrayna təmsilçisi ilə anlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…