COP29

"Qarabağ"ın legioneri Premyer Liqanın daha bir klubunun transfer siyahısında - FOTO

24 May 09:20 Dünya futbolu 2 127
"Qarabağ"ın legioneri Premyer Liqanın daha bir klubunun transfer siyahısında - FOTO

“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiyanın daha bir komandasının maraq dairəsinə düşüb.

Sportinfo.az “Matç TV”yə istinadən xəbər verir ki, bu mövsüm Rusiya birinci divizionunda mübarizə aparan və 2025/2026 mövsümündən Premyer Liqaya qayıdan "Ximki" “Qarabağ”ın qolkiperini transfer siyahısına daxil edib.

O, Rusiya klubunun transfer etmək istədiyi dörd qapıçıdan biridir. Daha əvvəl isə Rusiya mətbuatı Andreyin "Zenit" və "Dinamo”nun maraq dairəsində olması haqda yazmışdı.

Lunyovun “Qarabağ”la müqaviləsi bu yay başa çatacaq. Tərəflərin yaxın vaxtlarda iki illik müqavilə imzalayacağı gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?