"Belə davam edərsə, dünyanın ən yaxşısı olacaq”

00:20 Dünya futbolu 111
"Belə davam edərsə, dünyanın ən yaxşısı olacaq”

İspaniya millisinin və “Atletik”in vingeri Nikо Uilyams “Barselona”nın hücumçusu Lamin Yamal haqda fikirlərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Yamalın inanılmaz futbolçu və nələrə qadir olduğunu artıq hər kəsin anladığını vurğulayıb:

“Yamalın qarşısında hələ çox imkanlar var. O, belə davam edərsə, dünyanın ən yaxşısı olacaq. Mən onunla dostlaşdım, bizim çox yaxşı münasibətimiz var”.

Yamal “Barselona” ilə 2026-cı ilin sonuna qədər olan müqavilə imzalayıb və “transfermarkt” portalı onun dəyərini 180 milyon avro olaraq qiymətləndirir.

17 yaşlı hücumçu bu mövsüm 30 oyunda 6 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 03:40 Qubalı qızlar oynayacaq