
“Çelsi”nin sabiq hücumçusu Didye Droqba “İnter Mayami”nin forvardı Lionel Messiyə karyerasını başa vurmağı tövsiyə edib.
Sportinfo.az “Give Me Sport”-a istinadən xəbər verir ki, o, argentinalı oyunçunun adını artıq dünya futbolu tarixinə əbədi olaraq yazdırdığını bildirib:
“Messiyə indi dayanmağı məsləhət görərdim. O, futbola kifayət qədər töhfə verib”.
Fil Dişi Sahilindən olan sabiq futbolçu əlavə edib ki, Messinin 2022-ci ildə Argentina yığması ilə qazandığı dünya çempionluğu onun karyerasında “tortun üzərindəki albalı” olub.
37 yaşlı Messi cari mövsümdə 12 oyunda iştirak edib, 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “İnter Mayami” ilə müqaviləsinin müddəti bu ilin dekabrına qədər qüvvədədir.