
“İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano KONKAKAF Çempionlar kubokunun yarımfinal mərhələsinin ilk oyunundan sonra fikirlərini bölüşüb.
“Vankuver”lə keçirilən səfər qarşılaşmasında Lionel Messinin formasını geyindiyi “İnter Mayami” 0:2 hesabı ilə məğlub olub.
Sportinfo.az ESPN-ə istinadən xəbər verir ki, argentinalı mütəxəssis artıq itirəcəkləri heç nəyin qalmadığını bildirib:
“Artıq itirəcəyimiz heç nə qalmayıb. Cavab oyununda mütləq iki top fərqi ilə qalib gəlməliyik.
Rəqib isə bu üstünlüyü qorumağa çalışacaq. Komandama inanıram. Öz meydanımızda bu nəticəni əksinə çevirmək gücündəyik”.
Cavab oyunu mayın 1-də Mayamidə keçiriləcək. Bu qarşılaşmanın qalibi turnirin finalına yüksələcək.