"O, bizim millimiz üçün böyük bir iş görəcək"

18:40 Dünya futbolu 94
"O, bizim millimiz üçün böyük bir iş görəcək"

“Real”ın və Braziliya millisinin sabiq hücumçusu Julio Baptista həmyerlisi Neymar haqqında fikirlərini bölüşüb.

Sportinfo.az “goal.com”-a istinadən xəbər verir ki, o, Neymarın hələ də Braziliya millisinin ən yaxşı futbolçusu olduğunu və onun 2026-cı il dünya çempionatında heyətdə yer almasının lazımlığını vurğulayıb:

“Neymar hələ də Braziliya millisinin ən yaxşı futbolçusudur. Onun dünya çempionatında yer alması vacibdir.

Ümid edirəm ki, o, bizim millimiz üçün böyük bir iş görəcək”.

33 yaşlı forvard hazırda Braziliyanın “Santos” klubunda çıxış edir. Onun klubu ilə olan müqaviləsinin müddəti cari ilin iyununun sonuna qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti