
“Srvena Zvezda” dünya rekorduna yiyələnib.
Sportinfo.az xəbər verir ki, Belqrad təmsilçisi sonuncu dəfə 2017-ci ilin aprelində doğma meydanda məğlub olub.
8 ildə 148 ev oyununa çıxan komanda məğlubiyyətsiz seriyasına görə dünya rekorduna sahibdir.
Daha öncəki rekord 1957-65 ci illərdə 121 matçda doğma meydanda məğlub olmayan “Real”a məxsus idi.