“Bu, məni maraqlandırmır, dostum” – Kərim deyir

12:00 Dünya futbolu 93
“Bu, məni maraqlandırmır, dostum” – Kərim deyir

“Əl-İttihad”ın hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanı Pro Liqasının cari mövsümündə bombardirlik yarışında qalib gəlmək istəyib-istəməməsi ilə bağlı sualı cavablandırıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu bu yarışın onu maraqlandırmadığını bildirib:

“Bombardirlər yarışı? Bu yarış məni maraqlandırmır, dostum. Ən vacibi çempionluq kubokudur”.

Benzema hazırda 18 qolla bombardirlər cədvəlində dördüncü, “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo isə 23 qolla birinci yerdədir.

“Əl-İttihad” hazırda Səudiyyə Ərəbistanı çempionatında ikinci yerdə olan “Əl-Hilal”ı 6 xal qabaqlayır (68-62). Qarşıda hələ beş tur var.

Digər Xəbərlər
Xəbər Lenti