
Argentina çempionatının 14-cü turunun 3 oyunu Roma Papası Fransiskin ölümü ilə əlaqədar təxirə salınıb.
Sportinfo.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Həmin matçlar “Tiqre”- “Belqrano”, “Argentinos Xuniors” - “Barrakas Sentral” və “İdependent Rivadavia” - “Aldosivi” görüşləridir.
Qeyd olunan oyunlar aprelin 22-də keçirilməli idi. Matçların nə vaxt baş tutacağı hələlik açıqlanmayıb.
İtaliya A seriyasında da bu gün oynanılmalı olan 4 matç Roma Papasının ölümü ilə əlaqədar təxirə salınıb.