
Sabiq hücumçu Karlos Teves “Boka Xuniors”un baş məşqçisi kimi öz rolunu tam yerinə yetirə bilməyib. Şayiələr onun 2027-ci ildən etibarən klubun prezidenti ola biləcəyini deyir.
Bu ssenari artıq Argentina mətbuatında müzakirə olunmağa başlayıb, ancaq Teves özü bunu inkar edib.
Sportinfo.az “derbyderbyderby.it”-ə istinadən xəbər verir ki, argentinalı mütəxəssis “Boka Xuniors”dan uzaqlaşacağını və gələcəkdə Avropa klubları ilə işləməyi planlaşdırdığını açıqlayıb:
“Mən klub prezidenti olmağa hazır deyiləm, məşqçiyəm. Bəzi hallarda siyasətlə məşğul ola bilərəm.
Amma klubun prezidenti olmağa hazır deyiləm. Gələcəkdə Avropada məşqçi kimi işləmək istərdim”.
Teves 2017-ci ildə futbolçu karyerasını başa vurub.