
Argentina millisinin və “İnter Mayami”nin ulduzu Lionel Messi övladlarının hansı futbolçuları bəyəndiyini açıqlayıb.
Sportinfo.az bu barədə “Albiceleste Talk”a istinadən xəbər verir.
“Mənim övladlarım hansı futbolçuları bəyənir? Mbappe, Vinisius, Yamal, Levandovski, Haaland…”, - deyə forvard bildirib.
Messinin Antonella Rokuzzo ilə evliliyindən Tiaqo, Mateo və Çiro adlı üç oğlu var.