
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen “İnter Mayami”nin hücumçusu Lionel Messi haqda danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, argentinalı futbolçunu fantastik oyunçu adlandırıb:
“Messi fantastik oyunçudur. O, şübhəsiz ki, tarixin ən yaxşısıdır.
Bəzən insanlar onun böyük istedada malik olduğunu deyirdilər, başqaları isə bunu zəhmətlə əlaqələndirirdilər. Yanlış edirdilər.
O, yəqin ki, indiki Lamin Yamal kimi idi: hər şeyi bilmirdi və böyük istedada malik olduğu üçün çox çalışmaq lazım deyildi.
Amma yaşlandıqca, o, fantastik peşəkara çevrildi, əsl peşəkarlıq nümunəsi oldu”.