“Mən artıq demişəm, sən “Barselona”da oynayırsansa…”

11 Aprel 18:40 Dünya futbolu 237
“Mən artıq demişəm, sən “Barselona”da oynayırsansa…”

“Barselona”nın vingeri Rafinya bildirib ki, kataloniyalılar bu mövsüm trebl edə bilərlər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu bunu artıq dediyini söyləyib:

“Trebl? Mən artıq demişəm: “Barselona”da oynayırsansa, bütün turnirlərdə qalib gəlmək üçün mübarizə aparmalısan”.

“Barselona” İspaniya çempionatının turnir cədvəlinə liderlik edir, ölkə kubokunun finalına çıxıb və Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda Dortmund “Borussiya”sını 4:0 hesabı ilə məğlub edərək, yarımfinala vəsiqəni demək olar təmin edib.

28 yaşlı futbolçu bu mövsüm bütün klub yarışlarında 45 oyun keçirib, 28 qol vurub və 22 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti