
“Əl-Nəsr” Kriştiano Ronaldo ilə yeni müqavilə imzalayacaq.
Sportinfo.az xəbər verir ki, bu barədə “Sportitalia” nəşri məlumat yayıb.
40 yaşlı portuqaliyalı oyunçu ilə olan sözləşmənin daha 2 il uzadılacağı bildirilir. Hücumçu Səudiyyə Ərəbistanı klubuna 2023-cü ilin qışında qoşulub.
Bu müddət ərzində 40 yaşlı hücumçu bütün turnirlərdə 98 oyun keçirib, 88 qol vurub və 19 qolun ötürməsini edib.
Ronaldo bu mövsüm “Əl-Nəsr”in heyətində 34 matça çıxaraq 30 qol vurub və 4 qolun ötürməsini edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına qədər qüvvədədir.