
Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.
Sportinfo.az xəbər verir ki, “Çelsi” səfərdə “Legiya”nın, “Fiorentina” isə “Sele”nin qonağı olacaq.
“Rapid” İsveçdə “Yuroqrdenlə qarşılaşacaq. “Betis” isə doğma meydanda Polşa “Yagelloniya”sını qəbul edəcək.
Konfrans Liqasında 1/4 final mərhələsinin cavab qarşılşamaları aprelin 17-də keçiriləcək.
20:45. “Legiya” (Polşa) - “Çelsi” (İngiltərə)
23:00. “Betis” (İspaniya) - “Yagelloniya” (Polşa)
23:00. “Sele” (Sloveniya) - “Fiorentina” (İtaliya)
23:00. “Yurqorden” (İsveç) - “Rapid” (Avstriya)