
Braziliya futbolunun ulduzu Ronaldinyo “Barselona”nın gənc ulduzu Lamin Yamal haqda danışıb.
Sportinfo.az bu barədə “L'Equipe” nəşrinə istinadən xəbər verir.
“Yamal yaşını ötmüş istedaddı. Onu izləməkdən zövq alıram. Amma üzərində işləməyə davam etməlidi. Şübhəsiz ki, yaxın müddətdə daha möhtəşəm oyunçuya çevriləcək”, - deyə Ronaldinyo bildirib.
Yamal cari mövsümdə ümumilikdə 42 oyunda 14 dəfə fərqlənib.