Messi ilə komanda yoldaşı olmaq üçün az maaşa razılaşmalıdır

10 Aprel 00:10 Dünya futbolu 223
Messi ilə komanda yoldaşı olmaq üçün az maaşa razılaşmalıdır

“İnter Mayami”nin rəhbəri Devid Bekkemin belçikalı futbolçu Kevin de Bruyneni Lionel Messiyə komanda yoldaşı kimi görmək arzusunda olduğunu artıq xəbər vermişdik.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Amerika Liqasının reqlamenti belə bir keçid üçün müəyyən şərtlər qoyur.

Əvvəla, De Bruynenin qəribə də olsa, hazırda “İnter Mayami”dən başqa MLS klubu ilə danışıqlar aparmağa haqqı yoxdur.

Məsələ burasındadır ki, Amerika klubları hər mövsüm başlamazdan əvvəl federasiyaya danışıqlar aparmaq niyyətində olduqları arzu olunan beş futbolçunun siyahısını göndərirlər.

Bu, komandalar arasında maraqların üst-üstə düşməməsi və nəticədə, bir neçə klubun eyni vaxtda istədiyi oyunçuların qiymətini artıran hərracın qarşısını almaq üçün edilir. Amerikalılar pulu artıqlaması ilə deyil, praqmatik xərcləməyi sevirlər.

Eyni zamanda, belçikalı futbolçunun Amerika liqasına keçməsinin çətin olmasının daha bir səbəbi var. Məsələ burasındadır ki, MLS klubları üçün maaş limiti qaydası var ki, bu, yalnız üç istisnada, üç oyunçu üçün aşıla bilər.

Onlar da artıq, Lionel Messi də daxil olmaqla, klubdadırlar. Beləliklə, De Bruyne ya maaşının böyük bir hissəsini qurbanı etməli, ya da bu ideyadan tamamilə əl çəkməli olacaq.

Digər Xəbərlər
Xəbər Lenti