“Yamal yaşını ötmüş bir istedaddır, onu izləməkdən həzz alıram”

9 Aprel 00:00 Dünya futbolu 226
“Yamal yaşını ötmüş bir istedaddır, onu izləməkdən həzz alıram”

Braziliya millisinin sabiq ulduzu Ronaldinyo “Barselona”nın vingeri Lamin Yamal və cari Çempionlar Liqasının finalında qarşılaşa biləcək “Barselona” və PSJ haqda fikirlərini bölüşüb.

Sportinfo.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, “Barselona” və PSJ-nin sabiq futbolçusu bunu deyib:

“Yamal yaşını ötmüş bir istedaddır. Yaradıcılığına görə onu izləməkdən həzz alıram.

Yamal çox işləməyə davam etməlidir. O, şübhəsiz ki, möhtəşəm olacaq.

PSJ və “Barselona” hər ikisi mənim ürəyimdədir. Onlar istedadlı gənclərin inkişafına sərmayə qoyur və futbolun gələcəyini formalaşdırır”.

Yamal bu mövsüm bütün turnirlərdə 42 oyun keçirib, 13 qol vurub və 19 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti