
Kilian Mbappe “Real”la UEFA Çempionlar Liqasını qazanmağı “qızıl top”dan daha üstün hesab edir.
Sportinfo.az “La Sexta”-ya istinadən xəbər verir ki, fransalı hücumçu dünyanın ən yaxşı klubu ilə Çempionlar Liqasını qazanmağın ən böyük titul və tarix olduğunu bildirib:
“Dünyanın ən yaxşı klubu ilə Çempionlar Liqasını qazanmaq ən böyük titul və tarixdir. “Qızıl top” fərdi mükafatdır, Çempionlar Liqasını qazanmağı seçirəm”.
“Real” Çempionlar Liqasının 1/4 finalında “Arsenal”la qarşılaşacaq. İlk oyun aprelin 8-də, cavab matçı isə 16-da keçiriləcək.