“Messi böyük oyunçudur, ancaq Maradona daha böyük şəxsiyyət olub”

7 Aprel 22:00 Dünya futbolu 107
“Messi böyük oyunçudur, ancaq Maradona daha böyük şəxsiyyət olub”

“Qızıl top”un üçqat sahibi Marko van Basten argentinalı mərhum futbolçu Dieqo Maradonanın Lionel Messidən niyə üstün olduğunu açıqlayıb.

Sportinfo.az “Give me Sport”-a istinadən xəbər verir ki, o, Messinin komandanı irəli aparacaq və yükünü daşıyacaq oyunçu olmadığını biıdirib:

“Messi böyük oyunçudur, ancaq Maradona həmişə komandada daha böyük şəxsiyyət olub. Messi komandasını irəli aparacaq və yükünü daşıyacaq oyunçu deyil”.

Maradona 25 noyabr 2020-ci ildə, 60 yaşında vəfat edib. 1986-cı il dünya çempionatının qalibinin ölüm səbəbi ürək tutması göstərilib. Onun ölümündə səkkiz tibb işçisi ehtiyatsızlıqdan adam öldürməkdə ittiham olunur.

Digər Xəbərlər
Xəbər Lenti
7 Aprel 08:20 “Uduzmaq istəmirdik"