
Dorival Junior Braziliya millisinin baş məşqçisi vəzifəsindən kənarlaşdırılıb
Sportinfo.az xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyası (CBF) məlumat yayıb.
Bildirilib ki, D. Junior artıq Braziliya yığmasını idarə etməyəcək.
Komandanın rəhbərliyi mütəxəssisə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb. Artıq yeni baş məşqçi axtarışına da başlanılıb.
Bu ay keçirilən yoldaşlıq oyunlarında Braziliya Kolumbiyanı 2:1 hesabı ilə məğlub etsə də, Argentinaya 1:4 hesabı ilə məğlub olub.