“Messini tək buraxmaq lazımdır, onu dəli etməyə ehtiyac yoxdur”

28 Mart 12:45 Dünya futbolu 290
“Messini tək buraxmaq lazımdır, onu dəli etməyə ehtiyac yoxdur”

Argentina millisinin baş məşqçisi Lionel Skaloni yığmanın hücumçusu Lionel Messinin DÇ-2026-da mümkün iştirakı haqda danışıb.

Sportinfo.az ESPN-ə istinadən xəbər verir ki, o, hələ heç nəyin bəlli olmadığını bildirib:

“Qarşıda hələ çox vaxt var, bundan sonra nə olacağını görəcəyik. Oyundan oyuna keçmək lazımdır.

Messini tək buraxmaq lazımdır. O, uyğun gördükdə öz qərarını verəcək. Onu dəli etməyə ehtiyac yoxdur”.

Argentina millisi ən son Braziliya yığması üzərində 4:1 hesablı qələbə qazanıb. Argentinalılar 2026-cı il dünya çempionatına vəsiqə qazanan ilk Cənubi Amerika komandası olub.

Digər Xəbərlər
Xəbər Lenti
March
2025
SunMonTueWedThuFriSat