DÇ-2026-da milliyə rəhbərlik etmək təklif olundu - Ona zəng gəldi

28 Mart 00:00 Dünya futbolu 232
DÇ-2026-da milliyə rəhbərlik etmək təklif olundu - Ona zəng gəldi

“Real”ın baş məşqçisi Karlo Ançelotti Braziliya millisini çalışdıra bilər.

Sportinfo.az “The Athletic”ə istinadən xəbər verir ki, hazırkı məşqçi Dorival Juniora təzyiq artdığı üçün Braziliya Futbol Federasiyası italiyalı mütəxəssislə yenidən əlaqə saxlayıb.

Ançelottiyə DÇ-2026-da milli komandaya rəhbərlik etmək təklif olunub.

Məlumata görə, Ançelotti təklifdən imtina etməyib. O, Braziliya Futbol Federasiyasına bildirib ki, danışıqları bu il keçiriləcək Klublararası Dünya Çempionatından sonra davam etdirsinlər.

Klublararası Dünya Çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
30 Mart 11:30 İstədiyiniz nədir?