
Tyerri Anri “Milan”ın futbolçusu Kristian Pulişiçin ABŞ millisinin kapitanı təyin edilməsinə münasibət bildirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı sabiq hücumçu, Pulişiçin böyük oyunçu olduğunu söyləyib:
“Pulişiç böyük oyunçudur və karyerasında ilk dəfədir ki, hər həftə yaxşı bir Avropa klubu ilə oyunda çıxış edir.
Amma onun guya lider olması ilə bağlı bu hekayəni dayandırmağın vaxtı gəldi. Durun, onu bu hala gətirməyin.
O, texniki baxımdan liderdir. Amma o, xarizmatik liderdirmi? Demək istəyirəm ki, bu Pulişiç bu komandanın ən yaxşı oyunçusu deyil!
Onun güclü tərəfləri var, amma bəlkə, liderlik keyfiyyətləri bir az fərqlidir və bu yaxşıdır, elə deyilmi?
Onu olmayan bir şey kimi göstərməyi dayandırın, çünki o zaman onun zəif tərəflərini vurğulayacaqsız.
Onun nə edə biləcəyinə diqqət yetirmək daha yaxşıdır. O, həqiqətən yaxşı oyunçudur”.