
İspaniya millisinin və “Barselona”nın 22 yaşlı yarımmüdafiəçisi Pedri “qızıl top”dan danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı “qızıl top”u qazanmağın asan olmadığını bildirib:
“Qızıl top”u qazanmaq asan deyil, ancaq böyük xəyallar qura bilərsiz. Ümid edirəm ki, bir gün mən də bu mükafatın sahibi olacam.
Bununla belə, mən trebl qazanmağı üstün tuturam. Komanda məqsədlərinə nail olduqda, fərdi mükafatlara sahib olmaq daha asandır”.
Pedri bu mövsüm 42 matçda iştirak edib, 5 qol vurub və 7 məhsuldar ötürmə verib.