“Çox əsəbiyik, qalib gəlməyə layiq deyildik” - Millinin baş məşqçisi

25 Mart 17:20 Dünya futbolu 369
“Çox əsəbiyik, qalib gəlməyə layiq deyildik” - Millinin baş məşqçisi

UEFA Millətlər Liqasının pley-off mərhələsinin cavab oyununda Ukrayna millisi səfərdə Belçika yığmasına böyükhesablı məğlubiyyətlə üzləşib.

Sportinfo.az xəbər verir ki, “sarı-göylər”in baş məşqçisi Sergey Rebrov mətbuat konfransında bu nəticə haqda danışıb:

“Təəssüf. Hamımız çox əsəbiyik. Bu görüşdə qalib gəlməyə layiq deyildik. İrəli oynamaq lazım idi, amma çox aqressiv olan rəqibə qarşı idik”.

Cavab matçı Ukrayna yığmasının 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. İlk görüşdə Rebrovun yetirmələri 3:1 hesabı ilə qalib gəlmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
25 Mart 11:30 Düzü budur elə!