Ronaldo qol vurdu, Millətlər Liqasında yarımfinalçılar bilindi

25 Mart 02:40 Dünya futbolu 255
Ronaldo qol vurdu, Millətlər Liqasında yarımfinalçılar bilindi

UEFA Millətlər Liqasında 1/4 finalın cavab oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, bu mərhələdə yarışın A Liqasının 4 qrup qalibi və 4 qrup ikinciləri növbəti dəfə üz-üzə gəliblər.

Xorvatiya millisi səfərdə Fransa ilə qarşılaşıb. Öz meydanında keçirilən görüşdə rəqibini 2:0 hesabı ilə məğlub edən xorvatlar bu üstünlüyünü qoruya bilməyib.

Matçın əsas vaxtı fransızların 2:0 üstünlüyü ilə başa çatıb. Əlavə vaxtda qol olmayıb, penaltilərdə isə Fransa millisi daha üstün olub - 5:4.

Beləliklə, Fransa yığması Ukrayna, İslandiya və Azərbaycan millisinin yarışacağı DÇ-2026-nın D qrupunun sonuncu - 4-cü komandası olub.

Millətlər Liqasında digər yarımfinalçılar isə Almaniya, Portuqaliya və İspaniya olub. Final uğrunda oyunlarda Almaniya Portuqaliya ilə, Fransa isə İspaniya ilə qarşılaşacaq.

Fransa – Xorvatiya - 2:0 (Penaltilər - 5:4)

Qollar: Olise, 52, Dembele, 80
İlk oyun (0:2)

Almaniya – İtaliya - 3:3

Qollar: Kimmix, 30-pen. Musiala, 36. Klayndienst, 45 – M.Kin, 49; 69. Raspadori, 90+5-pen.
İlk oyun 2:1

Portuqaliya – Danimarka - 5:2

Qollar: Andersen, 38-avtoqol. Ronaldo, 72. Trinkao, 86; 91. Q.Ramos, 115 – Kristensen, 56. Eriksen, 76.
İlk oyun 0:1

İspaniya – Niderland - 3:3 (Penaltilər - 5:4)

Qollar: Oyarzabal, 8-pen; 67. Yamal, 103 – Depay, 54-pen. Maatsen, 79. X.Simons, 109-pen.
İlk oyun 2:2

Yarımfinal

4 iyun

Almaniya - Portuqaliya

5 iyun

İspaniya - Fransa

Yarımfinal oyunları Almaniyada keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Mart 11:30 Düzü budur elə!