
Portuqaliya millisinin hücumçusu və kapitanı Kriştiano Ronaldo tənqidlərə məruz qalan yığmanın baş məşqçisi Roberto Martinesi dəstəkləyib.
Martinesin komandası martın 20-də Millətlər Liqasının 1/4 final mərhələsinin ilk oyununda Danimarka yığmasına 0:1 hesabı ilə uduzub.
Sportinfo.az xəbər verir ki, portuqaliyalı futbolçu, baş məşqçini tənqid etməyin haqsızlıq olduğunu bildirib:
“Məncə, baş məşqçimizi tənqid etmək haqsızlıqdır. Hamımız eyni “gəmi”dəyik. Portuqaliya millisi qalib gələndə hamımız qalib gəlirik, uduzanda isə birlikdə uduzuruq”.
Millətlər Liqasının 1/4 final mərhələsinin Danimarka yığması ilə cavab oyunu bu gün Lissabondakı “Xose Alvalade” stadionunda keçiriləcək.