
Millətlər Liqasında 1/4 finalın cavab oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, Fransa - Xorvatiya matçı Azərbaycan millisinin azarkeşləri üçün də maraqlı olub.
Çünki bu komandalar hazırda Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində potensial rəqibi idi.
Xorvatiya millisi öz meydanında keçirilən görüşdə rəqibini 2:0 hesabı ilə məğlub etmişdi ki, bu da cavab matçından əvvəl onlarda müəyyən üstünlük yaratmışdı.
Matçın əsas vaxtı fransızların 2:0 üstünlüyü ilə başa çatıb. Əlavə vaxtda qol olmayıb, penaltilərdə isə Fransa millisi daha üstün olub - 5:4.
Beləliklə, Fransa yığması Ukrayna, İslandiya və Azərbaycan millisinin yarışacağı DÇ-2026-nın D qrupunun sonuncu - 4-cü komandası olub.
Azərbaycan millisi Fransa ilə oktyabrın 10-da səfərdə, noyabrın 16-da isə Bakıda qarşılaşacaq.
Fransa – Xorvatiya 2:0 (Penaltilər - 5:4)
Qollar: Olise, 52, Dembele, 80
İlk oyun (0:2)