
UEFA Millətlər Liqasının pley-off mərhələsinin cavab oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, B Liqasında iştirak etmək uğrunda pley-off matçında Gürcüstan millisi öz meydanlarında Ermənistanı qəbul edib.
Matç meydan sahblərinin 6:1 hesablı qələbəsi başa çatıb.
Mərhələnin ilk görüşü gürcülərin 3:0 hesablı qələbəsi ilə nəticələnmişdi.
Bu qələbədən sonra Gürcüstan millisi turnirin B Liqasında qalıb.
Gürcüstan – Ermənistan 6:1 (İlk oyun – 3:0)
Qollar: Haroyan, 4 - avtoqol; Mikautadze, 14, 35; Çakvetadze, 23; Kiteyşvili, 27; Kvaratsxeliya, 62 – Sevikyan, 48