18 yaşlı müdafiəçi ilə maraqlanır - “Barselona” və “Liverpul”

10:15 Dünya futbolu 174
18 yaşlı müdafiəçi ilə maraqlanır - “Barselona” və “Liverpul”

“Feyenoord”un müdafiəçisi Djivayro Ridə transfer bazarında tələbat var.

Sportinfo.az “sport.es”-ə istinadən xəbər verir ki, 18 yaşlı futbolçu ilə Avropanın iki top-klubu maraqlanır.

Söhbət “Barselona” və “Liverpul”dan gedir.

Rid Mersisayd komandasında uzun müddətdir adı “Real”la yanaşı hallanan Trent Aleksander-Arnoldu əvəz edə bilər.

O, bu mövsüm 27 oyun keçirib, 1 qol vurub və 7 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti