
UEFA Millətlər Liqasında pley-off mərhələsinin oyunlarına start verilib.
Sportinfo.az xəbər verir ki, bu mərhələ UEFA Millətlər Liqasının növbəti yarışı üçün A, B, C və D liqalarının tərkibini müəyyən edir.
A/B liqaları arasında pley-off oyunları
A Liqasında üçüncü yeri tutan dörd komanda B Liqasında ikinci yeri tutan dörd komanda ilə qarşılaşır.
Cütün qalibləri növbəti mövsüm A Liqasında, məğlub olanlar B Liqasında yarışacaq.
B/C liqaları arasında pley-off oyunları
B Liqasında üçüncü yeri tutan dörd komanda C Liqasında ikinci yeri tutan dörd komanda ilə qarşılaşır. Hər cütün qalibi növbəti mövsüm B Liqasında, məğlub olanlar C Liqasında iştirak edəcək.
C/D Liqaları arasında pley-off oyunları
C Liqasında üçüncü yeri tutan iki ən yaxşı komanda D Liqasında ikinci yeri tutan iki komandaya qarşı oynayır. Hər cütün qalibi C Liqasında, məğlub olanlar isə D Liqasında növbəti püşkatmada oynayacaq.
Bu gün ilk oyunlar çərçivəsində Türkiyə Macarıstana, Gürcüstan Ermənistana. Ukrayna Belçikaya qalib gəlib.
Pley-offda məğlub komandalardan biri növbəti mövsüm D liqasında Azərbaycan millisinin potensial rəqibi olacaq.
20 mart
A/B liqaları
21:00. Türkiyə - Macarıstan - 3:1
Qollar: Kökçü, 9, Aktürkoğlu, 69, Kahveci, 73 - Şafer, 25
23:45. Ukrayna - Belçika - 3:1
Qollar: Qutsuliak, 67, Vanat, 73, Zabarni, 79 - Lukaku, 40
23:45. Avstriya - Serbiya - 1:1
Qollar: Qreqoritş, 37 - Samarziç, 61
23:45. Yunanıstan - Şotlandiya - 0:1
Qol: Maktominay, 33-pen.
B/C liqaları
21:00. Ermənistan - Gürcüstan - 0:3
Qollar: Koçoraşvili, 33, Mikautadze, 37, 59
23:45. Kosovo - İslandiya - 2:1
Qollar: Dellova, 19, Reksbekay, 58 - Oskarsson, 22
23:45. Bolqarıstan - İrlandiya - 1:2
Qollar: Petkov, 6 - Azaz, 21, Doherti, 42
23:45. Slovakiya - Sloveniya - 0:0
A/B liqaları və B/C liqalarında pley-off mərhələsinin cavab oyunları martın 23-də keçiriləcək.
26 mart, ilk oyunlar
C/D Liqaları
21:00. Cəbəllütariq - Latviya
21:00. Malta - Lüksemburq
C/D Liqalarında pley-off mərhələsinin cavab oyunları martın 31-də keçiriləcək.