“Risk etmədim” - Millidən kənarlaşdırılmasından danışdı

17 Mart 21:40 Dünya futbolu 99
“Risk etmədim” - Millidən kənarlaşdırılmasından danışdı

“Santos”un hücumçusu Neymar martda keçiriləcək təlim-məşq toplanışı üçün Braziliya millisinin heyətindən kənarlaşdırılmasına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, braziliyalı futbolçu sosial şəbəkə hesabındakı paylaşımında daha çox zərər görməməsi üçün daha yaxşı hazırlaşmağa qərar verildiyini yazıb:

“Zədəmlə bağlı uzun müddət danışdıq, hər kəs komandaya qayıtmaq istədiyimi bilirdi.

Bununla belə, risk etməmək və daha çox zərər görməmək üçün daha yaxşı hazırlaşmağa qərar verildi. Bu, prosesin bir hissəsidir. Dəstəyiniz üçün hamınıza təşəkkür edirəm”.

Braziliya millisi bu ay DÇ-2026-nın seçmə mərhələsində iki oyun keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Mart 11:20 Bala-bala...