
“İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano komandanın hücumçusu Lionel Messinin üç oyundan sonra meydana qayıtmasından danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı baş məşqçi həmyerlisi haqda bunu deyib:
“Biz bilirdik ki, Messi son üç matçda oynamayıb. Əlbəttə ki, onun meydana çıxmasını istəyirdik. Amma düzgün anı tapmalı idik”.
37 yaşlı forvard KONKAKAF Çempionlar Kubokunun 1/8 final mərhələsinin “Kavaler”lə cavab matçının (2:0) 92-ci dəqiqəsində Luis Suaresi əvəzləyərək, qol vurub.