
Ronaldo Nazario Braziliya Futbol Federasiyasının prezidentliyinə namizədlikdən imtina edib.
Sportinfo.az xəbər verir ki, o, bu barədə sosial şəbəkələrində paylaşım edib:
“27 federasiya ilə ilkin əlaqədən sonra başa düşdüm ki, onlardan 23-nün qapıları mənim üçün bağlıdır. Federasiya məni qəbul etməkdən imtina etdi.
Dedilər ki, hazırkı administrasiyadan razıdırlar. Mən öz layihəmi təqdim edə, f
ikirlərimi bölüşə bilmədim ki, məni istədiyim kimi başa düşsünlər. Rəhbərlərin çoxu hazırkı prezidentdən razıdırlar. Bu, onların haqqıdır və mən buna hörmətlə yanaşıram”.
Sözügedən qurumun rəhbəri üçün seçkilər 2026-cı ilin martından gec olmayaraq keçirilməlidir.