Terimin komandasında kütləvi narazılıq - Pullarını almadılar, məşqə çıxmadılar

01:30 Dünya futbolu 123
Terimin komandasında kütləvi narazılıq - Pullarını almadılar, məşqə çıxmadılar

Səudiyyə Ərəbistanının “Əl Şəbab” klubunun futbolçuları məşqə çıxmaqdan imtina ediblər.

Sportinfo.az xəbər verir ki, bunun səbəbi oyunçuların 3 aydır maaş almamasıdır.

Türkiyəli məşhur mütəxəssis Fatih Terimin məşqçisi olduğu komandanın oyunçuları maaşlar verilməyincə məşqlərə və oyunlara çıxmayacaqlarını da deyiblər.

“Əl-Şabab”ın prezidenti Məhəmməd Əlmünayemdən narazı olan komandanın bəzi idarəçiləri də istefa veriblər.

Fatih Terim isə dekabr ayından bu komandanı çalışdırır.

Digər Xəbərlər
Xəbər Lenti