“Ronaldo özünü Messidən üstün hesab edir”

4 Mart 22:00 Dünya futbolu 117
“Ronaldo özünü Messidən üstün hesab edir”

Braziliya millisinin və “Real”ın sabiq futbolçusu Marselo portuqaliyalı hücumçu Kriştiano Ronaldo və argentinalı forvard Lionel Messinin müqayisəsi ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az “Barca Times”-a istinadən xəbər verir ki, braziliyalı keçmiş müdafiəçi, Ronaldonun özünü Messidən üstün hesab etdiyini deyib:

“Ronaldo və Messinin dövründə oynadığımız üçün çox şanslı idik. Kriştiano özünü Messidən üstün hesab edir.

Onların rəqabətindən həzz alırdıq. Bir çox insan onları müqayisə etməkdə maraqlıdır, ancaq onların futbolundan həzz almaq daha yaxşı idi”.

Ronaldo hazırda “Əl-Nəsr”in heyətində Səudiyyə Ərəbistanı çempionatında çıxış edir. Messi isə ABŞ-ın “İnter Mayami” klubunun futbolçusudur.

Digər Xəbərlər
Xəbər Lenti