“Heç kim “qızıl top”a ondan daha çox layiq deyildi”

00:20 Dünya futbolu 97
“Heç kim “qızıl top”a ondan daha çox layiq deyildi”

Kərim Benzema hesab edir ki, Vinisius Junior “qızıl top”a layiq idi.

“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri “France Football” tərəfindən 2024-cü ilin ən yaxşı futbolçusu seçilib. “Real”ın vingeri Vinisius isə ikinci yeri tutub.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı hücumçu, heç kimin Vinisius qədər “qızıl top”a layiq olmadığını bildirib:

“France Football” haqqında danışmaq istəmirəm… Vinisius UEFA Çempionlar Liqasını qazandığı mövsümün hər oyununda həlledici rol oynadı və heç kim “qızıl top”a ondan daha çox layiq deyildi.

Mən futbola baxıram və onun yalnız ən yaxşısını etdiyini görürəm. O, “qızıl top”u qazanmayanda ona mesaj göndərdim və kədərləndiyimi dedim”.

Benzema hazırda Səudiyyə Ərəbistanında – “Əl-İttihad”da çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
3 Mart 11:20 Bir az da siz…